Qadınlar üçün əsgərlik məcburi olur Bu ölkədə

26.03.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mişel Hildqord bildirib ki, ölkə “tam döyüş gücünü” səfərbər etməlidir.

News24.az xəbər verir ki, bu səbəbdən Danimarkanın 2026-cı ildən etibarən qadınları məcburi hərbi xidmətə çağırmağa başlayacağı bildirilir.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bəyan edib ki, ölkənin silahlı qüvvələri müdafiə və təhlükəsizlik siyasətlərində “mövcud vəziyyətdə” daha çox insanı işə götürməlidir.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью