Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq tədqiqat qrupu alkoqolun kişi və qadın orqanizminə təsirinin fərqli olduğunu ortaya çıxarıb.
Qaynarifno "Biological Psychiatry" jurnalında dərc olunan yeni araşdırmaya istinadən xəbər verir ki, dişi siçanların beyni spirtli içkilərə erkən mərhələdə daha sürətli və güclü reaksiya verir.
Bu isə qadınların alkoqolun təsirinə qarşı daha həssas olduğunu və asılılıq riskinin daha erkən yarana biləcəyini göstərir.
Alimlər xüsusilə stress və emosiyaların tənzimlənməsində iştirak edən beyin bölgələrinə diqqət yetiriblər.
Məlum olub ki, qadınlarda hətta az miqdarda alkoqol belə bu sahələrin fəaliyyətində dəyişiklik yarada bilər.
Halbuki kişilərdə eyni dəyişikliklər yalnız uzunmüddətli və ağır alkoqol istifadəsindən sonra müşahidə olunur.
Araşdırma çərçivəsində yüksək qan təzyiqi və miqren müalicəsində istifadə edilən iki dərman - prazosin və propranolol da sınaqdan keçirilib.