Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Bəzi ölkələrdə dini səbəblərə görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayar
Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz. Bəs dodaq boyasının yaranması haqqında nələri bilirik?
Tarixdə ilk pomada bundan 8 min il əvvəl misirlilərin zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir.
Qədim Yunanıstan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızı boya ilə rəngləmələrinə icazə verilərdi.Bu günkü günümüzdə az qala hər qadının mütləq istifadə etdiyi bir kosmetika məhsulu olan dodaq boyasının zərərləri aparılan testlər nəticəsində ortaya çıxmışdır.
Dünyanın tanınmış markaları üzərində aparılmış təcrübələrə əsasən, dodaq boyasının içindəmüxtəlif kimyəvi maddələr aşkar edilmişdir.
Bu barədə Kanadada nəşr edilmiş hesabatda məlumat verilir.Dodaq boyasının zərərlərinin səbəbi kimi kimyəvi arsenik, qurğuşun, nikel kimi maddələrin olduğu ortaya çıxmışdır.
Sağlamlığımızı əhəmiyyətli ölçüdə təhdid edən bu kosmetika məhsullarını hər nə qədər istifadə etməməyə çalışsaq da, ondanistifadə ediləcək.
Buna görə də heç olmasa bildiyimiz, inandığımız markaların orijinal məhsullarını almağa səy göstərək.