Qadınlara iş yerində hansı güzəştlər var? | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təəssüf ki, bu gün bir çox qadınlar əmək bazarında ucuz işçi qüvvəsi kimi dəyərləndirilir.
Kişilərin maaş gözləntilərinin yüksək olması fonunda qadınlar daha az əməkhaqqı ilə işləməyə razı olurlar.
Bu isə iş mühitində gender bərabərliyi məsələsini gündəmə gətirir. Maraqlıdır, qanunvericilik qadınların əmək hüquqlarını necə qoruyur?
İş yerlərində qadınlar üçün hansı güzəştlər və təminatlar nəzərdə tutulub?
Moderator.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, əmək qanunvericiliyi qadınların sağlamlığı və fiziki imkanlarını nəzərə alaraq bəzi sahələrdə onların işə qəbulunu qadağan edir: “Məsələn, hamilə qadınların gecə növbələrində işlədilməsi qanunla qəti şəkildə qadağandır.
Ümumiyyətlə, əmək bazarında maaş səviyyəsini tələb və təklif müəyyən edir.
Əgər bir kişi müəyyən vəzifədə 500 manata işləməyə razıdırsa, qadın isə ehtiyac səbəbindən eyni vəzifədə daha aşağı – məsələn, minimum əməkhaqqı ilə çalışmaq istəyirsə, işəgötürən öz maliyyə imkanlarını nəzərə alaraq daha sərfəli variantı seçir.
Tam oxu
Xəbəri oxu