“Qadınlara qəlyan təklif edilməsi yolverilməzdir” Aydın Mirzəzadə

18.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqbal Ağazadə çıxışlarının birində restoran, kafe və s. qəlyan çəkilməsinə etirazına deputat Aydın Mirzəzadə dəstəkçi olub.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, Milli Məclis üzvünün sözlərinə görə, iaşə müəssisələrində qəlyandan istifadə hər kəsin öz seçimidir, amma ictimai nəzarətin müəyyən qırmızı sərhədi var.

Deputat vurğulayıb ki, insanlara pulsuz qəlyanın təklif edilməsi tütün məhsullarının təbliği kimi qiymətləndirilə bilər: Dördpendirli pizza

“Əlbəttə, bu, yolverilməzdir. Digər tərəfdən, uşaqların yanında qəlyanın çəkilməsi özü də qınaq obyekti olmalıdır. Təəssüf ki, bilmirəm, bizim qanunvericilikdə bununla bağlı müddəa varmı, yoxdurmu, amma uşaqların yanında qəlyan çəkilməsi mütləq qadağan edilməlidir. Qadınlara bunun təklif edilməsi isə ümumiyyətlə yolverilməzdir. Bu nəinki qanunlarımıza, mentalitetimizə, azərbaycançılığımıza zidd olan bir məsələdir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью