Qadınlararası dünya çempionatına bu ölkələr namizəddir

03.04.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA-nın prezidenti Canni İnfantino ABŞ və Böyük Britaniyanın 2031 və 2035-ci illərdə qadınlar arasında dünya çempionatını keçirmək üçün yeganə namizədlər olduqlarını bildirib.

QOL.az xəbər verir ki, o, bu barədə Belqradda keçirilən UEFA-nın konqresində bildirib.

«Təsdiq edə bilərəm ki, biz 2031-ci il üçün bir, 2035-ci il üçün isə digər müraciət aldıq. 2031-ci il üçün müraciət ABŞ-dan və bəlkə də digər KONKAKAF üzvlərindən gəldi. 2035-ci il üçün müraciət isə Avropadan, ev sahibi ölkələrdən — İngiltərə, Şimali İrlandiya, Şotlandiya və Uelsdən gəldi»

Daha öncə İspaniya, Portuqaliya və Mərakeş 2035-ci il dünya çempionatını keçirmək üçün mübarizə aparmağa niyyətli idilər. Lakin heç biri müraciət təqdim etmədi. Müraciət qəbulu 31 martda başa çatıb.

Qeyd edək ki, qadınlar arasında DÇ-2031 Braziliyada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью