Qadınlardan ibarət milli komandamız böyükhesabla uduzdu

26.11.2024

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Bakupost.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 0:8.

Qrupun digər matçında isə Kipr və Estoniya milliləri üz-üzə gələcək.

26 noyabr

13:00.İsveçrə (U-19) - Azərbaycan (U-19) - 8:0

Baş hakim: Kristina Kozoroh (Ukrayna)

Kouklia Community stadionu

16:30. Kipr (U-19) - Estoniya (U-19)

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью