Qadınları hicaba məcbur etmək doğru deyil Pezeşkian (VİDEO)

10.08.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hicab məsələsini zorla həll etmək mümkün deyil".

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib.

Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, ancaq qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həllini tapmalıdır.

Prezident əlavə edib ki, məscidlər mədəniyyət formalaşdırmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə tənzimlənməlidir. 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью