Qadınlarımız həmişə azad, firavan yaşasınlar Polad Həşimovun anası

06.03.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Türk bacı-qardaşlığını 44 günlük Vətən müharibəsində də gördük". SİA xəbər verir ki, bu sözləri "Bir millət, iki dövlət ortaq gələcək zirvəsi" mövzusundakı konfransda Polad Həşimovun anası Səmayə Həşimova deyib.

Onun sözlərinə görə, Türkiyə bizim, Azərbaycan da Türkiyənin vətənidir: "Biz həmişə bir-birimizə dəstək oluruq, bir-birimizin yanındayıq. Heç kim bizim qardaşlığımıza mane ola bilməz. Mən bu gün bütün türk qardaşlarımıza təşəkkür edirəm. Bizim qadınlarımız həmişə azad, firavan yaşasınlar. Qadınlarımız möhkəm olmalıdır və kişilərin arxasında dayanmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью