Qadınların adi həzm problemi sandığı bu hal xərçəng əlaməti çıxdı

16.05.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadınlara xərçəngin gözəçarpmayan simptomuna diqqət yetirmək tövsiyə olunur.
Demokrat.az xəbər verir ki, həkim Amir Xan üç həftədən çox davam edən köp və qarın ağrılarını diqqətsiz qoymamağa çağırıb. Bu barədə o, podkast çıxışı zamanı danışıb.
Həkimin sözlərinə görə, uzun müddət keçməyən qarın ağrısı və köp yumurtalıq xərçənginin əlaməti ola bilər. Həkim bildirib ki, xəstəlik əksər hallarda spesifik simptomlarla özünü göstərmir. Bu səbəbdən bir çox qadın köp və narahatlığı qidalanma və ya həzm problemləri ilə əlaqələndirərək ciddi qəbul etmir.
Amir Xan xüsusilə 35-40 yaşdan yuxarı qadınların bu dəyişikliklərə daha diqqətli yanaşmalı olduğunu vurğulayıb.
Həkim əlavə edib ki, yumurtalıq xərçənginin digər xəbərdaredici əlamətləri arasında qarnın aşağı hissəsində ağrılar, tez doyma hissi, iştahanın azalması və tez-tez sidiyə getmə ehtiyacı da yer alır.
Mütəxəssislər qeyd edirlər ki, bu simptomlar uzun müddət davam edərsə, vaxt itirmədən həkim müayinəsindən keçmək vacibdir.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью