Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada qadınların kişilərlə müqayisədə bədənin müxtəlif nahiyələrində daha çox ağrı yaşadığı müəyyən edilib.
"Cebheinfo.az" xəbər verir ki, araşdırmaçılar 1990–2025-ci illər arasında 118 ölkədən 6 milyondan çox insanın məlumatlarını təhlil ediblər. Araşdırmada 5 yaşdan 100 yaşdan yuxarı şəxslərədək müxtəlif yaş qrupları əhatə olunub.
Tədqiqat zamanı baş, üz, boyun və çiyin, ayaq və topuq, əl və bilək, dirsək, döş qəfəsi, bel, qarın, bud və diz daxil olmaqla bədənin 11 nahiyəsində ağrı halları araşdırılıb.
Nəticələr göstərib ki, qadınların bildirdiyi ağrı göstəriciləri bütün bu nahiyələr üzrə kişilərdən daha yüksəkdir. Fərq xüsusilə baş, üz və qarın ağrılarında daha nəzərəçarpan olub.
Araşdırmaya görə, həm qadınlarda, həm də kişilərdə ağrı halları 55 yaşdan əvvəl sürətlə artır. Ağrı səviyyəsi isə 75 yaş və yuxarı yaş qrupunda ən yüksək həddə çatır.
İştirakçıların təxminən 40 faizi bel ağrısı yaşadığını bildirib. Üz ağrısı isə 2 faizlə ən az rast gəlinən ağrı növü olub. Şiddətli ağrı təxminən 50 yaşda, bütün bədəndə hiss olunan ağrı isə 70 yaş ətrafında ən yüksək səviyyəyə çatıb.
Tədqiqatçılar həmçinin dünya üzrə ağrı yükünün 18,3 faizinin siqaret istifadəsi, piylənmə və aşağı ailə gəlirləri ilə əlaqəli olduğunu hesablayıblar.
Araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin