Qadınların çimmədiyi, kişilərə isə kobud davranmağın qadağan olunduğu qəbilə VİDEO | Icma.…
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.Bu dəfə Bakıdan 7801 kilometr uzaqlıqda böyük səhraları və biomüxtəlifliyi ilə məşhur olan Namibiyadan bəhs olunub.
19-21-ci əsr memarlığının xoş qarışığı ilə alman ruhunda tikilən, almaz, turmalin, kvars, qızıl, platin və uran kimi qiymətli mineralların çıxdığı Vindhuk şəhəri bu ölkənin paytaxtıdır.
Namibiyada kərgədan insandan çoxdur.Düzdür, bu dəqiq olmasa da, belə bir deyim var.
Belə ki, əhalinin sayı çox olmadığına görə vəhşi heyvanlar burada özlərini rahat hiss edir.
Meymunlar əşyaları oğurlaya, antiloplar isə yolda avtomobillərlə yarışa bilər.Odur ki, kənd yerlərində və şəhərdən uzaqda yaşayan insanlar hava qaralanandan sonra heç yerə çıxmırlar.
Bu ölkədə müxtəlif qəbilələr hələ də var və oradakı qanunlar müxtəlifdir.
Məsələn, Himba qəbiləsində qadınlar dünyaya uşaq gətirən zaman klinikaya gedə bilməzlər.
Tam oxu
Xəbəri oxu