Qadınların dünya çempionatının vaxtı açıqlandı

11.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FİFA Şurası 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatının vaxtını açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Şura turnirin 2027-ci il iyunun 24-dən iyulun 25-dək keçiriləcəyini təsdiqləyib.

Yarışda 32 komanda iştirak edəcək. Onlardan 28-i seçmə mərhələlər vasitəsi ilə turnirə vəsiqə qazanacaqlar. Braziliya ev sahibi olduğu üçün mundialda birbaşa iştirak əldə edib. Digər 3 iştirakçının adına isə pley-off oyunlarında aydınlıq gələcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью