Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

30.09.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb.

Əvvəlki qaydalara görə, xidmətə daxil olanlar, ehtiyatdan gələnlər və qadınlar üçün ilk bağlaşma müddəti 3 il müəyyən edilirdisə, yeni qərara əsasən, qadınlar üçün bu müddət 6 aya endirilib. Ehtiyatdan və digər hallardan daxil olanlar üçün isə 3 illik müddət saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью