Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. “Azərbaycanda pensiya sistemi yenidən təşkil olunmalıdır.
“Əmək pensiyaları haqqında” qanun yenidən işlənməli, yığım əsaslı pensiya modelinə keçid formalaşdırılmalıdır.
Eyni zamanda pensiya kapitalının hesablanma mexanizmi tamamilə dəyişdirilməli və bu sistem aydın və gözlənilən olmalıdır”.
Bu fikirləri iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib.
“Pensiya yaş həddi məsələsi isə ölkədəki orta ömür uzunluğu ilə uzlaşdırılmalıdır.
Statistik göstəricilər əsasında demək mümkündür ki, pensiya yaş hədləri aşağı salınmalıdır.
Xüsusilə, qadınlara münasibətdə pensiya yaşının təyinində doğulmuş uşaq sayı nəzərə alınmalı və bu, demoqrafik siyasətin təşviqi baxımından əsas götürülməlidir.
Belə ki, hər bir uşaq üçün pensiya yaşının 1 il azaldılması qanunla təsbit olunmalıdır.