Qafarova ilə təkbətək söhbətim oldu, məncə… Simonyan

22.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ermənistan-Azərbaycan sülh danışıqları dalana dirənməyib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ortada tərəflər arasında razılaşdırılmış sənəd (sülh sazişi) var. Sankt-Peterburqda Azərbaycan parlamentinin sədri (Sahibə Qafarova) ilə kiçik təkbətək söhbətim oldu. Məncə, çıxılmaz vəziyyətdən danışmağa ehtiyac yoxdur və ola da bilməz. Prosesin mümkün qədər tez başa çatdırılması Azərbaycan tərəfinin də marağındadır”, - spiker bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью