Icma.az bildirir, Axar.az portalına istinadən. Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında i
Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə tədbirin Bakının ev sahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Söhbət zamanı bu səfərin Məhəmməd Bagir Qalibafin ölkəmizə ilk səfəri olduğu və bu səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyi ilə bağlı inam ifadə edilib.
Spiker Sahibə Qafarovanın sözlərinə görə, dövlət başçımız Azərbaycanla qonşuları arasında mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyətə, qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir.
Eyni regionda yerləşən, qonşu olan ölkələrin bir-birinə qarşılıqlı etimadı, əməkdaşlığı yalnız onların hər birinə fayda gətirər.
Elə Azərbaycan-İran münasibətlərinin hazırki vəziyyəti də bunu təsdiq edir.
Vurğulanıb ki, təxminən son bir ayda həyata keçirilmiş səfərlərə, görüşlərə, danışıqlara nəzər yetirsək, iki ölkə arasında əməkdaşlıq gündəliyinin çox zəngin olduğunu görərik.