Qafarova qırğız vəzifədaşı ilə görüşdü

19.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiq ediblər.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin münasibətlərimizin yüksək səviyyəsinə uyğun olaraq daha da inkişaf etdiyi vurğulanıb, parlament komitələri və dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. pizza

Söhbət zamanı parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью