Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri olan UDİLƏR

14.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında udilərin kompakt yaşadıqları Qəbələnin Nic kəndinə səyahət olunub.

Verilişdə əhalisinin əksəriyyəti xristian olan udilərin dili və əlifbalarından, milli yeməkləri Afararın hazırlanmasından, toylarındakı maraqlı adətlərdən bəhs olunub.

Həmçinin ictimai fəal Anatoli Ataqoy Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri olan udilərin tarixi haqda bir sıra məqamlara toxunub.

"Qafqaz Albaniyasının süqutundan sonra bir çox xalqlar assimilyasiyaya uğrasalar da, udilər dinlərini qoruyub saxlaya biliblər", - deyə o bildirib.

Ətraflı süjetdə:

Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri olan UDİLƏR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью