Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarəti ilə bağlı ÇAĞIRIŞ

03.01.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib.

Lent.az-ın məlumatına görə, idarənin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilmısini ciddi şəkildə tələb edir.

Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью