Qafqaz Müsəlmanları İdarəsinin sədri Nyu Yorkda BMT nin Baş katibi ilə görüşüb

13.10.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını BMT Baş katibinə çatdırıb.

Səmimi dialoq şəraitində keçən görüşdə dinlərarası dialoqa dair konstruktiv müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью