Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. Akademik qeyd edib ki, 2020-ci ildə beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə real icra mexanizmlərinin qurulmasına başlanılıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin operativ fəaliyyəti nəticəsində transplantasiyanın həyata keçirilməsi üçün zəruri təşkilati mexanizmlər qısa müddətdə formalaşdırılıb.
“Bu prosesdə Koordinasiya Mərkəzinin yaradılması xüsusi rol oynayıb. Nəticədə bu gün ölkəmizdə ürək transplantasiyası kimi yüksək peşəkarlıq və texnoloji imkanlar tələb edən əməliyyatları icra edə bilən peşəkar tibbi komanda mövcuddur”, – deyə Əhliman Əmiraslanov vurğulayıb. Komitə sədri bildirib ki, indiyədək iki ürək transplantasiyasının uğurla icra edilməsi mühüm nailiyyətdir, lakin bu sahədə fəaliyyətin daha da genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, transplantasiya sisteminin dayanıqlı inkişafı üçün tibbi heyətin, koordinasiya strukturlarının və aidiyyəti qurumların birgə fəaliyyəti əsas şərtdir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev isə vurğulayıb ki, Qafqazda ilk ürək transplantasiyası Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqləyir. Professor bildirib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb və uzun illər ərzində ölkəmizin səhiyyə salnaməsində öz tarixi əhəmiyyətini qoruyub saxlayacaq. Onun sözlərinə görə, məhz 2025-ci ildə ölkəmizdə ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata keçirilib.
“Sevindirici haldır ki, biz ürək cərrahları olaraq bu tarixi prosesə qoşulduq və 2025-ci ildə iki uğurlu ürək transplantasiyası icra etdik. Bu əməliyyatlar Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk kimi tarixə düşdü”, – deyə professor vurğulayıb.
"Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir"-deyən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, 2008-ci ildən etibarən Azərbaycanda orqan transplantasiyası əsasən canlı donorlardan icra olunub və bu sahədə mühüm təcrübə formalaşıb: “Meyit donordan orqan transplantasiyasına keçid isə yalnız hüquqi, institusional və tibbi baza formalaşdırıldıqdan sonra mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə “Orqan transplantasiyası haqqında” yeni qanunun qəbul edilməsi bu sahədə fəaliyyətin hüquqi əsasını yaradıb və sonrakı bütün mərhələlərin başlanğıc nöqtəsi olub.
Daha sonra tədbirdə çıxış edənlər bildiriblər ki, 2022-ci ildə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti nəticəsində ölkədə transplantasiyaların aparılması, donor və resipientlərin qeydiyyatı, gözləmə siyahılarının formalaşdırılması və əməliyyatların monitorinqi sistemləşdirilib.
AzVision.az >
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyasının uğurla həyata keçirilməsi üçün beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası və effektiv icra mexanizmlərinin yaradılması həlledici əhəmiyyət daşıyır. Akademik qeyd edib ki, 2020-ci ildə beynəlxalq transplantasiya standartlarına uyğun yeni qanun layihəsi hazırlanaraq qəbul olunub və həmin ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqləndikdən sonra bu sahədə real icra mexanizmlərinin qurulmasına başlanılıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin operativ fəaliyyəti nəticəsində transplantasiyanın həyata keçirilməsi üçün zəruri təşkilati mexanizmlər qısa müddətdə formalaşdırılıb.