Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Əməliyyatdan sonra normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
Bizim.Media