Qafqazın 3 ölkəsindən Ukraynaya yardım göndərildi

24.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan, Gürcüstan və Azərbaycan Ukraynaya enerji dəstəyi verən ölkələrə qoşulub.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumlarından sonra 17 ölkədən Kiyevə təcili yardım göstərilir.

Ermənistan cəbhə bölgələrindəki tibb və təhsil müəssisələri üçün 10 inverter generatoru çatdırıb. Gürcüstan, davam edən siyasi gərginliyə baxmayaraq, 550.000 ABŞ dolları dəyərində 9 sənaye generatoru təchiz edib. Nəhayət, Azərbaycan zədələnmiş elektrik şəbəkələrinin bərpasına kömək etmək üçün Ukraynaya transformatorlar, generatorlar və 27 kilometr kabel yollayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью