Qahirə Hüseynovaya yüksək vəzifə verildi

22.10.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümummilli lider Heydər Əliyevin mətbuat katibi olan Qahirə Hüseynova yüksək vəzifəyə təyin olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə edilib.

Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью