Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Seyid Abbas Ərakçi Qahirə Sazişinin ləğvi ilə bağlı "X" sosial media platformasında paylaşdığı mesajda qeyd edib.
“İyun ayında diplomatiya İsrail və ABŞ tərəfindən hücuma məruz qaldığı kimi, “Qahirə Sazişi” də ABŞ və üç Avropa ölkəsi tərəfindən ləğv edildi”, - deyə nazir bildirib.
Ərakçi paylaşımında: “Bizi bu nöqtəyə gətirən çirkin və utancverici proses belədir: ABŞ ilə nüvə danışıqlarının altıncı raunduna yaxınlaşarkən əvvəlcə İsrail rejimi, sonra isə ABŞ qəfildən İrana hücum etdi. Daha sonra, nüvə obyektlərimizin bombalanmasına baxmayaraq, İran Misirin vasitəçiliyi ilə Qahirədəki agentliklə yoxlamaları bərpa etmək üçün müqavilə imzaladı. Lakin ABŞ-ın təzyiqi altında üç Avropa ölkəsi BMT Təhlükəsizlik Şurasının xalqımıza qarşı sanksiyalarını yenidən tətbiq etməyə çalışdı.
İran iyun və iyul hücumlarında bombalanmayan obyektlərdən başlayaraq agentlik müfəttişlərinə nüvə obyektlərinə giriş imkanı vermək prosesinə başladıqda, ABŞ və üç Avropa ölkəsi MAQATE Direktorlar Şurası qarşısında İranı qınamaq üçün birləşdilər. İndi hər kəsə aydındır: İran yeni bir böhran yaratmağa çalışan deyil. Onlar bizim xoş niyyətlərimizi başa düşmürlər.
Üç Avropa ölkəsi və ABŞ gərginliyi artırmaq istəyirlər və Qahirə Sazişinin rəsmi olaraq ləğv edilməsinin onların öz təxribatlarının birbaşa nəticəsi olduğunu yaxşı bilirlər”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info