Qahirədə baş verən yanğında 4 nəfər ölüb, 22 nəfər yaralanıb

08.07.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Misirin paytaxtı Qahirədə baş verən yanğında 4 nəfər ölüb, 22 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat verib.

"Telecom Egypt" telekommunikasiya şirkətinin baş ofisinin yerləşdiyi "Central Ramsis" binasında baş verən yanğın nəticəsində paytaxt ərazisində kommunikasiya xətlərində problemlər yaranıb.

Buna baxmayaraq telefon və internet xətləri 24 saat ərzində tədricən bərpa ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью