Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb

19.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 19 may, AZƏRTAC

Qahirədə Britaniya Beynəlxalq məktəbində 30-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə mədəniyyət tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya, Misir, ABŞ, İtaliya, Braziliya, Niderland, İspaniya, Rusiya, Cənubi Koreya, Malayziya, İndoneziya, Azərbaycan və digər dövlətlərin guşələri qurulub. Şagirdlər, onların ailə üzvləri və müəllimlər milli geyimlərdə qonaqlara ölkələrinin mədəni zənginliyini, adət-ənənələrini, milli mətbəxlərini təqdim ediblər.

Azərbaycanın Qahirədəki səfirliyinin dəstəyi ilə hazırlanmış guşədə qonaqlar məşhur təamlarımızdan dadına baxıb, Azərbaycan çayı ilə şirniyyatlara qonaq ediliblər. Təqdim olunan suvenirlər uşaqların böyük marağına səbəb olub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью