Qahirədə “VI Beynəlxalq Misir Qrafika Triennale”si keçiriləcək

14.04.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 15-də Qahirədə “VI Beynəlxalq Misir Qrafika Triennale”si start götürəcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, 19 illik fasilədən sonra yenidən Qahirədə keçiriləcək bu incəsənət tədbirində 33 ölkədən 200-dən çox rəssamın 350 əsəri təqdim olunacaq.

Açılış tədbirində, həmçinin beynəlxalq münsiflər heyəti və müxtəlif ölkələrin səfirləri iştirak edəcək.

Bu triennale yaradıcı düşüncələri təşviq etməyə yönəlib. Bu, sərhədləri aşmaq üçün sənətçilərə açıq bir dəvətdir.

Triennale iki ay davam edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью