futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Liverpul” niderlandlı hücumçusu Kodi Qakponu komandada saxlamaq barədə yekun qərar qəbul edib.
Futbolpress.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, mersisaydlılar 27 yaşlı futbolçuya uyğun əvəzedici tapa bilmədiyi üçün bu addımı atıb. “Mançester Siti”nin Qakpo üçün göndərdiyi 85 milyon funt-sterlinqlik rəsmi təklif rədd edilib. Niderlandlı hücumçu özü də “Liverpul”da qalmağa razılıq verib.
“Mançester Siti” diqqətini başqa hədəflərə yönəldib. “Şəhərlilər” indi “Everton”dan İliman Ndiaye və “Çelsi”dən Enso Fernandesin transferi üzərində çalışır.
Kodi Qakpo “Liverpul”un heyətində keçirdiyi 182 rəsmi oyunda 51 qol vurub və 24 məhsuldar ötürmə müəllifi olub.