Qakpo “Liverpul”dan ayrılır?

16.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Liverpul”un vingeri Kodi Qakpo İngiltərədə klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mənbənin iddiasına görə, niderlandlı hücumçu karyerasını “Tottenhem”də davam etdirəcək. Qakponun “Liverpul” rəhbərliyinə komandadan ayrılaraq London təmsilçisinə qoşulmaq istədiyini bildirdiyi qeyd olunur.

27 yaşlı futbolçunun yeni mövsümdə Mersisayd klubunda ciddi rəqabətlə üzləşəcəyini və kifayət qədər oyun vaxtı əldə etməyəcəyini düşündüyü bildirilir.

Hazırda klublar arasında transfer məbləği ilə bağlı yekun razılaşma əldə olunmayıb. “Liverpul”un Qakpo üçün təxminən 70 milyon funt sterlinq tələb etdiyi qeyd olunur.

Qeyd edək ki, Qakpo 2025/26 mövsümündə bütün turnirlərdə 52 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

“İndi bir çox futbolçu PSJ-yə keçmək istəyir” “Lion”dan müdafiəçi transferi “Çelsi” futbolçusunu Çempionşipə göndərdi - RƏSMİ “Barselona”dan PSJ-yə Romero rəsmən “Atletiko”da
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью