Qakpo “Liverpul”u tərk edir “Tottenhem”lə razılaşdı

17.08.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Liverpul”un hücumçusu Kodi Qakpo karyerasını “Tottenhem”də davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Mersisayd klubunun rəhbərliyinə London təmsilçisinə keçmək niyyətində olduğunu bildirib.

Niderland millisinin üzvü “Tottenhem”lə şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb.

London təmsilçisinin Qakpo üçün rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir. 

Qeyd edək ki, 2023-cü ildən “Liverpul”da çıxış edən Qakpo komanda ilə 2024/25 mövsümündə İngiltərə çempionu, 2023/24 mövsümündə isə Liqa Kubokunun qalibi olub. O, 2026-cı il dünya çempionatında Niderland millisinin heyətində 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. 

PSJ ilə anlaşmışdı - İngiltərə klubunda çıxış edəcək ÇL: “Fənərbaxça”nın oyunu almanlara həvalə olunub Qakpo “Liverpul”dan ayrılır? İngiltərə millisinin üzvü “İnter”də - RƏSMİ “Arsenal” - “Siti” matçı bu kanalda - TV AFİŞA
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью