Qakpo “Tottenhem” yolunda: Son söz “Liverpul”undur

05.08.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Niderland millisinin və İngiltərənin “Liverpul” klubunun hücumçusu Kodi Qakpo karyerasını “Tottenhem”də davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

London təmsilçisi 27 yaşlı futbolçunun nümayəndələri ilə birbaşa danışıqlara başlayıb. Lakin transferin baş tutması “Liverpul”un yekun qərarından asılıdır.

Bildirilir ki, mersisaydlılar iyul ayında Qakponun satılmasına razılıq verməyiblər. Bununla belə, klubun PSJ-nin vingeri Bredli Barkola ilə bağlı planları və təklif olunacaq maliyyə paketi vəziyyəti dəyişə bilər. Qakponun artıq “Tottenhem”in baş məşqçisi Roberto de Zerbi ilə danışdığı və bu keçidə müsbət yanaşdığı vurğulanır.

“Tottenhem” transfer üçün təxminən 65 milyon funt sterlinq ödəməyi nəzərdən keçirir. London klubunun alternativ variantı isə Misir millisinin hücumçusu Ömər Marmuşdur.

“Qızıl top”a əsas namizədlər açıqlanıb “Arsenal”dan 87 milyon avroluq transfer Renar yenidən Fildişi Sahili millisində Kabo-Verde millisində ayrılıq Məhəmməd Salah “Trabzonspor”a gəlir - İstanbul səfərinin vaxtı açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью