Qakpo üçün 70 milyonluq təklif Nəhənglər də onu istəyir

13.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Liverpul”un futbolçusu Kodi Qakpo karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Tottenhem” niderlandlı vingerin transferində maraqlıdır.

Bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.

London təmsilçisi 27 yaşlı hücumameyilli futbolçu üçün “Liverpul”a 70 milyon avroluq təklif göndərməyi planlaşdırır. Qakpo ilə “Bavariya” və “Nyukasl”ın da yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, “Liverpul” Kodi Qakponu 2023-cü ilin yanvarında PSV-dən 42 milyon avroya transfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

ABŞ-nin futbolçusu ən yaxşı seçildi Tarixi VAR qərarı - DÇ-də ilk dəfə tətbiq olundu Montella: "Özümü Türkiyədə övladlığa götürülmüş kimi hiss edirəm" Çalhanoğlu ehtiyatlı danışdı - “Adları asan gəlir, amma...” DÇ 26-da növbəti skandal: İngiltərə millisi qarət olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью