Qala divarlarında aşınma təkrarlana bilər RƏSMİ

11.04.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Kiçik Qala küçəsində yerləşən İçərişəhər qala divarında baş verən aşınma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.

Modern.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) məlumatında bildirilib.
Məlumata əsasən, “Atelier Erich Pumer” bərpa şirkətinin meneceri Çingiz Neymanzadə qeyd edibki, İçərişəhər Qala divarları 8 il ərzində bərpa olunub və bu prosesdə müxtəlif üsullardan, eləcə də fərqli daş materiallarından istifadə edilib.

Onun sözlərinə görə, divarın strukturunda bəzi hissələrdə xarici, daxili və orta qatlar arasında əlaqə zəifdir: “Bu qatlar arasında bağlantının olmaması gələcəkdə belə halların təkrarlanmasına səbəb ola bilər”.

Ç.Neymanzadə qeyd edib ki, hazırda xüsusi proqram əsasında işlər aparılır, dövlət bu məsələyə ciddi əhəmiyyət verir və qala divarları mərhələli şəkildə bərpa olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью