Bizim media saytına istinadən Icma.az xəbər verir.
Bakının Sabunçu rayonu, Qala Ramana qəsəbəsindəki yolda avtomobilin yanaraq yolun ortasında qaldığı ilə bağlı xəbər vermişdik. Sözügedən maşın hərəkət iştirakçılarına ciddi maneə törədirdi.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, məsələ işıqlandırıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələyə operativ müdaxilə edilib.
Belə ki, yanan avtomobilin sahibi tapılıb və maşın yoldan götürülüb. Beləcə avtomobillərin maneəsiz hərəkəti təmin edilib.
Bizim.Media