“Qala Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək

15.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 19-u, saat 12:00-da “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağırılıb. 
Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.
İclas Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən Cəmiyyətin baş ofisində keçiriləcək.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
2025-ci ilin maliyyə hesabatları üzrə “Qala Sığorta” ASC-nin müstəqil auditorunun seçilməsi;
İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью