Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qala Sığorta” ASC 2026-cı ilin ilk 8 ayında 41 milyon 696 min manat sığorta haqqı toplayıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, bir il əvvəl şirkətin yığımları 58 milyon 516 min manat idi. Beləliklə, yığımlar 16 milyon 819 min manat və ya 28,7% azalıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sığorta ödənişləri də azalıb, lakin yığımlarla müqayisədə xeyli aşağı templə. Ödənişlər 17 milyon 174 min manatdan 16 milyon 254 min manata düşüb. Azalma 5,4% təşkil edib.
Yığımların daha kəskin azalması nəticəsində ödəniş/yığım nisbəti 29,3%-dən 39%-ə yüksəlib.
“Qala Sığorta”nın bazar payı 5,58%-dən 3,74%-ə düşüb. Şirkət yığım həcminə görə 4-cü pillədən 5-ci yerə geriləyib.