Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Xəzər rayonu, Qala yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-MV-949 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qəza törədib. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb piyadanın yolu təyin olunmamış yerdən keçməsi olub. Nəticədə sürücü yaşlı kişini vurmamaq üçün idarəetməni itirib və maşını maneəyə çırparaq aşırıb. Hadisə zamanı sürücü xəsarət almasa da avtomobilə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin