Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Evklid" kosmik teleskopu qalaktikanın cazibə qüvvəsinin təsiri altında fəzanın necə əyildiyini göstərən nadir hadisəni - Eynşteyn halqasının görüntüsünü çəkib.
Oxu.Az bu barədə BBC-yə istinadla xəbər verir. Bildirilir ki, kadrda NGC 6505 qalaktikası əks olunub.
Onun ətrafı sanki ideal işıq halqası ilə əhatə olunub. Əslində bu, NGC 6505-in arxasında yerləşən və cazibə qüvvəsinin təsiri altında əyilər
"Bu qədər mükəmməl Eynşteyn halqasına çox nadir hallarda rast gəlinir.
Biz arxa plandakı qalaktikanı ön plandakı qalaktika tərəfindən güclü şəkildə əyilmiş fəza və zaman vasitəsilə görürük.
Eynşteyn halqası güclü qravitasiya linzalanmasının bir nümunəsidir", - deyə alimlər bildiriblər.
Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kosmosda olan kütləvi obyektlər yaxınlıqdan keçən işığın əyilməsinə səbəb olur.