Qalalar şəhəri Giresun | Icma.az
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə gəziləcək, görüləcək o qədər cənnət məkanlar var ki, saymaqla, yazmaqla bitirmək mümkün deyil.
Belə gözəl məkanlardan biri də turistlərin sevimli məkanına çevrilən Giresundur.Newscenter.az xəbər verir ki, dağların ətəyində düzülmüş yamyaşıl yaylaları, Qara dənizə baxan heyranedici qalaları, Aralıq dənizi və Egey dənizinə bənzəyən mavi bayraqlı çimərlikləri ilə Giresun ən çox sevilən məkanlardan biridir.
Tirebolu, Bulancak, Keşap və Espiye kimi Qara dəniz sahili boyunca yerləşən turistik rayonları ilə hər il yüz minlərlə turistə ev sahibliyi edən Giresun, yaşıl və mavinin qovuşduğu mənzərəsi ilə hər mövsüm xoş səyahət təklif edir.Giresun qalası, Tirebolu qalası, Andoz qalası və Eynəsil qalası kimi yüz illər boyu toxunulmaz qalan nəhəng qalaların şəhəridir Giresun… Gözəl təbiəti ilə dünyaya meydan oxuyan Giresunda o qədər gəziləcək yerlər varki, bunu bir yazıya sığışdırmaq, oxucularımıza təqdim etmək mümkünsüzdür.Giresun Türkiyənin şimal-şərqində Qara dəniz bölgəsində, Trabzon şəhərindən təxminən 175 km qərbdə bir şəhərdir.
Giresun vilayətinin və Giresun rayonunun mərkəzidir. Əhalisi rəsmi statistikaya görə 147,682 nəfərdir.
Tarixi olduqca zəngin olan bu şəhəri formalaşması isə 4000 ili ötür.Giresun (yun. Κερασούντα, romanlaşdırılmış: Kerasunta) adlanır.
Bu şəhərin əsas gəliri isə turizm və fındıqdır. Giresunun emblemində altı element var: dağ, dəniz, qala, gilas, fındıq və balıq.
Dünyanın dörd bir yanına fındıq yüklü gəmilər buradan yola çıxır.
Tam oxu
Xəbəri oxu