“Qalarasaray” “Fənərbaxça” ilə matçda meydandan çıxdı Video

15.02.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Türkiyə Basketbol Kubokunun yarımfinalıdan keçirilən “Fənərbaxça” –  “Qalatasaray” matçında qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin azarkeşləri meydana yad əşyalar atıb.

Bundan sonra isə “Qalatasaray” basketbolçuları və hakimlər meydanı tərk edib.

“Fənərbaxça”lı oyunçular isə öz tərəfdarlarını sakitləşdirib. Bundan sonra isə “Qalatasaray” və hakimlər meydana qayıdıb.

Matç isə “Fənərbaxça”nın 89-74 hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью