Qalatararay və Fənərbaxça nın futbolçularına şok mərc ittihamı Rəsmi məlumat | Icma.az
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qalatararay" və "Fənərbaxça"nın futbolçularına şok mərc ittihamı - Rəsmi məlumat İstanbul Cümhuriyyət Baş Prokurorluğu Türkiyə futbolunda böyük səs-küyə səbəb olan qanunsuz mərc fəaliyyətləri əməliyyatının ikinci mərhələsi ilə bağlı rəsmi açıqlama yayıb.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluğun məlumatına görə, 101 futbolçu ilə bağlı aparılan araşdırma nəticəsində bir sıra ciddi pozuntular müəyyən edilib.
Qeyd edək ki, bu gün saxlanılanlar arasında məşhur futbol şərhçisi Ahmet Çakar, "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın oyunçusu Metehan Baltaçı da var.
Prokurorluğun məlumatında bildirilir ki, Metehan Baltaçı da daxil olmaqla 27 futbolçunun öz komandasının matçına mərc qoyduğu müəyyən edilib, onların barəsində istintaq aparılır.
“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın isə başqası üzərindən rəsmi mərc saytlarında mərc oynadığı müəyyən edilib.
A.Çakara gəlincə, bank hesablarında şübhəli maliyyə əməliyyatları olan keçmiş hakim və həyat yoldaşı, eləcə də "Adanademirspor"un keçmiş prezidenti Murat Sancak, FİFA referisi Zorbay Küçük daxil olmaqla 7 şəxs istintaqa cəlb edilib.
Bundan başqa, "Ankaraspor" – "Nazilli Belediyespor" (28.04.2024) matçı ilə bağlı nəticəyə təsir göstərmək şübhəsinə görə "Ankaraspor" sahibi Ahmet Okatan, klub prezidenti Mehmet Emin Katipoğlu, "Nazilli Belediyespor" prezidenti Şahin Kaya və iki məşqçi daxil olmaqla 5 şəxs haqqında proses davam etdirilir.
Tam oxu
Xəbəri oxu