Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Arsenal”ın hücumçusu Qabriel Martinelli Türkiyənin “Qalatasaray” klubuna transfer olunmaq istəmir.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin tanınmış jurnalisti Devid Ornşteyn məlumat verib.
İstanbul təmsilçisi 25 yaşlı braziliyalı vinger üçün “topçular”a 45 milyon avro təklif edib. London klubu braziliyalı futbolçunun satışına razılıq verməyə hazır olsa da, keçid baş tutmayıb.
Martinellinin yaxın çevrəsindən bildirilib ki, futbolçunun planlarına Türkiyə çempionatına yollanmaq daxil deyil və o, “Qalatasaray”ın təklifini geri çevirib.