“Qalatasaray” 50 milyonluq transfer üçün Yuventus la masada

10.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Qalatasaray” orta xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində “Yuventus”un fransalı yarımmüdafiəçisi Kefren Türam yer alıb.

25 yaşlı futbolçu üçün danışıqların aparıldığı bildirilir. Turin klubu Türamın keçidi üçün 50 milyon avro tələb edir.

“Qalatasaray” isə bu məbləği aşağı salmağa çalışır. "sarı-qırmızılılar" transferi daha münasib şərtlərlə reallaşdırmaq niyyətindədir.

Kefren Türam 2024-cü ildən “Yuventus”un formasını geyinir.
Qeyd edək ki, Kefren Türam bu mövsüm “Yuventus”un heyətində 35 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. 25 yaşlı fransalı yarımmüdafiəçinin Turin klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

"Napoli"nin ulduzuna 4 müştəri "Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL Norveçdən DÇ hazırlığı: 300 kilo balıq, 6000 portağal Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Dursun Özbekden Avropa klublarına mesaj – "Osimhen satılmır"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью