Qalatasaray a qarşı oynadığı vaxt evini qarət etdilər

31.01.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Ruben Diaşın evi Çempionlar Liqasının ümumi mərhələsinin "Qalatasaray"a qarşı oyun zamanı qarət olunub.

"Unikal" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilib ki, qarət zamanı evdə heç kim olmayıb, cinayətkarlar bir neçə əşyanı oğurlayıblar. Polislərin artıq araşdırmaya başladığı, klubun isə futbolçuya bütün lazımi yardımı göstərməyə hazır olduğu qeyd olunub.

Xatırladaq ki, "Qalatasaray"a qarşı oyun yanvarın 28-də keçirilib və "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Diaş yanvarın əvvəlində aldığı zədə səbəbindən oyunu buraxıb.
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью