“Qalatasaray” akademiyasında yenidənqurma

05.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Ərən Dərdiyok məşqçilik fəaliyyətini sabiq komandasında davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, futbolla vidalaşdıqdan sonra İsveçrənin “Bazel” klubunun akademiyasında məşqçi kimi fəaliyyətə başlayan 38 yaşlı mütəxəssis üçün “Qalatasaray” bir müddətdir danışıqlar aparırdı. İsveçrə təmsilçisi ilə razılıq əldə olunduqdan sonra Ə. Dərdiyokun “Cim-Bom”un U-17 komandasının sükanı arxasına keçməsi gözlənilir.

Akademiyadakı yeni strukturlaşma çərçivəsində İstanbul təmsilçisi U-19 komandasını da təcrübəli mütəxəssis Alpaslan Ərdəmə həvalə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью