Qalatasaray alman müdafiəçi istəyir

13.08.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qalatasaray" Almaniya millisinin və “Leyptsiq”in müdafiəçisi David Raumla maraqlanır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Türkiyə çempionu sol cinah müdafiəçisini heyətinə qatmaq istəyir.

28 yaşlı futbolçu özü də ilk dəfə legioner həyatı yaşamaq niyyətindədir. Onun “Leyptsiq”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Qröyter Fürt”, “Hoffenhaym” klublarında oynadıqdan sonra 2022-ci ildə hazırkı komandasına keçib. Transferin bu yay baş tutması ehtimal edilir.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью