Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə nəhəngi "Qalatasaray" bu gün Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Ayntraxt Frankfurt"la qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, “sarı-qırmızılar” son 24 ildə Almaniya təmsilçilərinə qarşı 13 dəfə rəsmi oyuna çıxıb. Bu görüşlərdə İstanbul klubu yalnız 2 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 7 dəfə məğlub olub.
Matçların nəticələri:
2023/24 ÇL: “Bavariya” – “Qalatasaray” 2:1 2023/24 ÇL: “Qalatasaray” – “Bavariya” 1:3 2018/19 ÇL: “Şalke” – “Qalatasaray” 2:0 2018/19 ÇL: “Qalatasaray” – “Şalke” 0:0 2014/15 ÇL: “Borussiya Dortmund” – “Qalatasaray” 4:1 2014/15 ÇL: “Qalatasaray” – “Borussiya Dortmund” 0:4 2012/13 ÇL: “Şalke” – “Qalatasaray” 2:3 2012/13 ÇL: “Qalatasaray” – “Şalke” 1:1 2008/09 UEFA Kuboku: “Qalatasaray” – “Hamburq” 2:3 2008/09 UEFA Kuboku: “Hamburq” – “Qalatasaray” 1:1 2008/09 UEFA Kuboku: “Herta” – “Qalatasaray” 1:0 2007/08 UEFA Kuboku: “Qalatasaray” – “Bayer Leverkuzen” 5:1 2007/08 UEFA Kuboku: “Bayer Leverkuzen” – “Qalatasaray” 0:0 1999/00 UEFA Kuboku: “Borussiya Dortmund” – “Qalatasaray” 0:2 1999/00 UEFA Kuboku: “Qalatasaray” – “Borussiya Dortmund” 0:0Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Kamil Xudiyev