Qalatasaray Almaniya klubunun 3.5 milyon avroluk təklifini QƏBUL ETMƏDİ

05.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Qalatasaray" "Verder Bremen"in Derrik Köhnü transfer etmək üçün irəli sürdüyü 3.5 milyon avroluq təklifini rədd edib.

Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, iyunda futbolçu İstanbul klubuna geri qayıtmalıdır.

Köhn 2024-cü il avqust ayından "Verder"də icarə əsasında çıxış edir.

Onun "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyun ayına qədərdir.

Qeyd edək ki, 26 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm Bremen klubunda 30 oyun keçirib, 4 qol, 2 məhsuldar ötürmə və 2 sarı vərəqə alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью